Reklam verin!
sizi sevenAprel 26, 2008 5:57

capuera tarixi haqda butun xeberler explorer.azeriblog.com da   capuerist  istifadecimizin isteyi ile
Bilmek isteyenler davamina baxa biler


Kapoeyra Afro-Braziliya döyüş sənətidir.

1500-ci ildə portuqaliyalılar konkvistador Pedro Kabralın rəhbərliyi altında Braziliyanı müstəmləkələşdirdikdə, hələ çalışırdılar ki, qul kimi yerli hindulardan istifadə etsinlər. Lakin hinduların əksəriyyəti bu ağır yükləmələrə dözməyərək həlak olur, bəziləri isə qaçmağa müvəffəq olurmuşlar. Ona görə də Braziliyaya Portuqaliyanın digər müstəmləkələrindən (Anqola, Mozambik, Ovineya, Konqo) yeni güc kimi qulların gətirilməsi başlanır.

Öz doğma diyarlarından qərib ölkəyə gətirilmiş bütün afrikalı qulların məqsədi əsarətdən qurtulmaq olur. Beləcə, kapoeyra yaranmağa başlayır. Əlbətdə ki, gözətçilər qullara döyüş öyrənməyə imkan verməzdilər. Elə ona görə də kapoeyraçılar hətta yeni musiqi alətləri (berimbau, atabake, pandeyru, reku-reku və s.) icad edib, musiqi təranələri altında rəqs adından istifadə edərək öz məşqlərini edirmişlər. Bunun nəticəsində əksər kapoeyraçılar əlləri qandallı halda belə bir neçə silahlı gözətçiləri akrobatik zərbələrlə zərərləşdirərək qaçmağa müvəffəq olurmuşlar və qrup şəklində "Kilombuş" adlanan xırda şəhərciklər yaradaraq oralarda məskunlaşırmışlar. Beləcə, kapoeyra daha da təhlükəli döyüş kimi formalaşmağa başlayır.

Yüzilliklər keçdikdən sonra Braziliya Respublika elan olunur və kapoeyra əhali tərəfindən şəhərə gətirilib daha da geniş yayılır. Kapoeyra əksər insanlar üçün ölməyib yaşamaqdan ötrü qanunsuz bir silaha və yaxın gələcəkdə "kapoeyraçı" sözü, "cinayətkar" sözünün sinoniminə çevrilir. Hətta vəziyyət o dərəcəyə çatır ki, XIX-cu əsrin əvvəllərində kapoeyraçılarla mübarizə üçün dövlət tərəfindən xüsusi polis dəstəsi yaradılır.

O vaxtlar kapoeyra əsasən liman şəhərlərində daha geniş yayılır. Kapoeyraçılar bu şəhərlərdə yığılan dünyanın ayrı-ayrı döyüş növlərini təmsil edən əsgər, dənizçi, muzdlularla döyüşlər keçirib, təcrübə mübadiləsi nəticəsində kapoeyranın döyüş texnikasını daha da təkmilləşdirirdilər.

XX əsrin əvvəllərində kapoeyradan bir çox quldur dəstələri, muzdlular, cangüdənlər və s. istifadə edirdilər.

Lakin o vaxtlar əsl kapoeyra ustaları tələbələri ilə gizli yığıncaqlar təşkil edir, təkcə fiziki hazırlıqlarına yox, kapoeyranın qədim ənənələrinə və fəlsəfəsinə üstünlük verərək səviyyələrini artırırmışlar.

1930-cu ildə hərbi devriliş ölkədəki siyasəti dəyişir və kapoeyraya Braziliyanın milli mədəniyyəti kimi baxılmağa başlanır. 1932-ci ildə Manuel duş Reyş Maşadu (Mestre Bimba) tərəfindən tarixdə ilk rəsmi Kapoeyra Məktəbi yaradılır. Və nəhayət, 1937-ci ildə kapoeyra Braziliya Milli Konfederasiyası tərəfindən rəsmi bir döyüş növü kimi tanınır.

Kapoeyra 2 kateqoriyaya bölünür: kapoeyra döyüşü, yəni kombat kapoeyra və kapoeyra döyüşünün göstəri forması, yəni idman kapoeyrası. İdman kapoeyrası da öz növbəsində 2 hissəyə bölünür: kapoeyra anqola, yəni asta templi kapoeyra göstərisi, və kapoeyra regional, yəni sürətli kapoeyra göstərisi.

Kapoeyraya kunq-fu-vuşu, boks, cüdo, giu-gitsu, muay-tay, hətta akrobatika və gimnastikanın belə əsas elementləri daxildir.

Bölməsizfikriniz(0)     Baxış sayı:49

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha