Novruz Bayramı!!!

Əziiz istifadəçilər sizin Novruz Bayramınızı təbrik edirik.
Əgər Novruz bayramı haqqında çoxlu məlumatıvız olmasını istəyirsinissə mütləq davamına baxın!!!
Xalqımızın min illərdən bəri el arasında yaşayan elə bayramları var ki, yaranarkən nə bir sözünü, nə bir nəğməsini yazıya alıblar. Ulu qaynaqlardan süzülüb gələn bir-birindən oynaq, şux, lətafətli bu bayram nəğmələri, daha erkən görüş və təsəvvürlərlə bağlı ayinlər, e’tiqadlar, adət-ən’ənələr mərasimlər, tamaşalar nəsillərin yaddaşında yaşayaraq əsrlər, qərnləri aşmış, gəlib bu günümüzə qədər çatmışdır. Yüzilliklər dolabında bu el sözü və nəğmələrinin nəqşi pozulanı da olub, bəndi unudulanı da... Lakin xalq coşğun bir yaradıcılıqla nəğməsinin pozulmuş ahəngini, sözünün unudulmuş bəndini cilalamış, bayramlarını rəngarəng oyunlar, açıq havada keçirilən meydan tamaşaları, yallılar və coşğun rəqslərlə bəzəmişdir. Xalqımızın belə böyük bayramlarından biri də Novruzdur. Bu bayram hər il mart ayının 20-21-22-də (köhnə təqvimlə 7-8-9-da) keçirilir. Novruz şərq xalqlarının islamdan çox-çox əvvəlki əkinçilik, məhsul bolluğu e’tiqadları ilə bağlı bayramlarındandır. XI əsr ərəb tarixçisi Əbu Reyhan Əl-Biruni Novruzu təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanğıcı kimi götürülən dünyəvi bayram adlandırırdı. XI əsr tarixçisi Nizam-Ul-Mülk özünün “Siyasətnamə“sində isə Novruz yazın gəlişi ilə bağlı kütləvi xalq bayramı kimi təqdim edir. Daha qədimlərdə təbiətin oyanmasına xoşbəxtlik və səadət rəmzi kimi baxan insanlar yazın gəlişi, havaların istiləşməsi, yeni əkinçilik mövsümünün başlanması, təbiətin yenidən canlanması, yaşıllaşması ilə bağlı müxtəlif nəğmələr, oyunlar, mərasimlər yaratmışlar. Bütün bu ilkin, ibtidai sənət nümunələri isə sonralar Novruz ətrafinda cəmləşmişdir. Novruz mərasimi və onun tarixindən müxtəlif tədqiqatçılar bəhs etmiş, Bə’ziləri onu yanlış olaraq Zərdüştiliklə, digərləri isə islam dini ilə bağlamağa cəhd göstərmişlər, Lakin bütün ciddi-cəhdlərə baxmayaraq, Novruz nəğmələrində dinlərdən qabaqki təsəvvürlər bütün aydınlığı ilə əks olunmaqdadır. Bu bayramın dinlərdən çox-çox əvvəl qədim insanların bolluq, bərəkət, qüdsiyyət, əmək, əkinçilik və məişət həyatı ilə bağlı yarandığını əks etdirən solmaz şəfəqləri zaman keçdikcə daha qüdrətli şö’lələnməkdədir. Mə’lumdur ki, bütün dinlər onu qəbul edən xalq arasında özündən əvvəlki e’tiqad və təsəvvürləri sarsıtmağa cəhd göstərmişdir. Qədim əkinçilik bayramının aqibəti də belə olmuşdur. Zərdüştilik bu mərasimi xalqın hafizəsindən çixarmağın mümkün olmadığını gördükdə ona atəşpərəst rəngini vurmuşdur. Tonqal yandırmaq, od üstündən atlanmaq və sairə kimi ən’ənələrlə onu "özününküləşdirmişdir". Bu bayramı rəğbətlə qarşılayan zərdüştlər bötüvlükdə onun Zərdüştün adı ilə bağlı yarandığını rəsmiləşdirməyə də cəhd göstərmişlər. Lakin bütün cəhdlərə baxmayaraq, qədim əkinçilik və bərəkət bayramının su kultu ilə bağlı, günəşi, küləyi, yağışı çağırmaq, səməni göyrətmək axır çərşənbənin müqqədəsliyi və sairə ilə bağlı bir çox ilkin təsəvvüləri qorunub saxlanmışdır. İslam xadimləri də əslində zərdüştilərin yolu ilə getmişlər. İlk əvvəl islam dini bu bayramı yasaq e’lan etmiş, lakin onu xalqın hafizəsindən silməkdə aciz olduğunu gördükdə ona öz rəngini vurmuşdur.
|
Designed by: Kral | ||









