Reklam verin!

”Azercell” yeni ”Bahar 2008” kampaniyasına başlayır!

Yazar: sizi seven @ Mart 20, 2008 6:45

Yeni ”SimSim” abonentlərini 2008 kontur və 1 il açıq xətt hədiyyəsi gözləyir 

Yeni ”SimSim” abonentlərini 2008 kontur və 1 il açıq xətt hədiyyəsi gözləyir 

3 mart 2008-ci il, Bakı: Bu bahar “SimSim” abonentləri üçün ruzi-bərəkətli gəlir. Çünki yaz aylarında “Azercell Telekom” şirkəti yeni “Bahar 2008” kampaniyasını keçirir. Martın 3-dən etibarən “Azercell” şəbəkəsinə qoşulan yeni ”SimSim” abonentlerinin hamısı avtomatik olaraq “Bahar 2008” kampaniyasının iştirakçısına çevriləcəklər. Və bundan sonra onlar dərhal hədiyyə almağa başlayacaqlar. Belə ki, bahar aylarında yeni ”SimSim” nömrəsi alan abonentlərin hamısı “Bahar 2008” kampaniyasından “1004 kontur və 1 il açiq xətt” hədiyyəsini qazanacaq. Hədiyyələr abonentə ”SimSim” nömrəsini ilk aktivləşdirmə zamanı çatacaq.
Lakin bu, yeni ”SimSim” abonentlərini gözləyən yaz sevincinin hamısı deyil. Həmin abonentlər şəbəkədə aktiv olduqları ilk 6 ayın sonunda ”Bahar 2008” kampaniyasından növbəti dəfə 1004 kontur hediyyə alacaqlar. Beləliklə, 3 mart-3 may tarixlərində ”Azercell” şəbəkəsinə qoşulan bütün ”SimSim” abonentleri “Bahar 2008” kampaniyasından ümumilikdə 2008 kontur və 1 il müddətində açıq xətt hədiyyəsini qazanmış olacaqlar.
Qeyd edək ki, ”Bahar 2008” kampaniyasına yalnız bir dəfə qatılmaq mümkündür. Əgər abonent hər hansı səbəbdən ”Bahar 2008” kampaniyasından çıxarsa, sonradan onun təkrar iştirakını bərpa etmək mümkün olmayacaq. Həmçinin, həmin müddətdə ”SimSim” abonentliyini ləğv edən, sonradan yenidən aktivləşdirən iştirakçlar da kampaniyadan çıxmış sayılırlar.
Bu bahar ”SimSim” abonentlərini gözləyən sevincə siz də şərik olun. ”Azercell” ailəsinə qoşulub 2008 kontur və 1 il açıq xətt hədiyyələrini qazanın!

xeberler | Şərhlər(0)
Baxış sayı: 67
Açar sözlər: davami 
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha